Kimsəsiz şəhidimiz İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı
14 Sentyabr 2022 11:23 SosialDünən Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan qəhrəmanlarımızdan Səbuhi Əhmədov bu gün İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Olaylar.az xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş SOS uşaq evinin yetirməsi şəhid Səbuhi Əhmədovun dəfnində böyük izdiham müşahidə olunub.
Vətəndaşlar "Şəhidlər ölməz, Vətən bölünməz!", "Səbuhi Əhmədov, sən bizim qürurumuzsan!" şüarları ilə şəhidi torpağa tapşırıblar və məzarının üzərinə gül dəstələri qoyublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31