Sevgilisi azərbaycanlı bloggeri evində döydü - FOTO
13 Sentyabr 2022 15:55 SosialSosial şəbəkələrdə blogger kimi tanınan Atlaz Fərəcova sevgilisi tərəfindən şiddətə məruz qalıb.
Olaylar.az yazır ki, o, bu barədə "materazzi.13" adlı İnstagram hesabında paylaşım edib.
A. Fərəcova şiddət gördüyünü sübuta yetirəcək fotolar paylaşaraq altına bunları qeyd edib:
"İki gün əvvəl yaşadığım evin həyətində iki illik sevgilim tərəfindən vəhşicəsinə döyülmüşəm. Səsimə bacım çıxmasa, gətirdiyi xəncərlə məni öldürəcəkdi. Heç kim məni bu şiddətə qarşı susdura bilməz, susmayacam".
Qeyd edək ki, o, həmçinin sevgilisinin ona "peşman deyiləm, gəlib nəfəsini kəsəcəm" dediyini bildirib.
Qısa müddət ərzində #Atlazüçünsusma həştəqi ilə paylaşımlar edilib, izləyicilər və bir sıra məşhur bloggerlər sözügedən posta Daxili İşlər Nazirliyinin İnstagram hesabını etiketləyib.
DİN-dən hadisəyə cavab verilib və Atlaz Fərəcovanın şikayəti qeydə alınıb.
.png)
.png)
.png)