Şantaj edilən şəxsin şikayəti anonim qala bilərmi?- ÖZƏL

Olaylar.az xəbər verir ki, son dövrlər hədə-qorxu ilə bağlı cinayətlər artıb. Şantaj edilən şəxs belə olan halda nə etməlidir? 

Vəkil Turan Abdullazadə bildirir ki,"Şantaj dediyiniz şey qanunvericilikdə "hədə-qorxu ilə tələb etmə" cinayətidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu , əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  ANONİM məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz. Yəni, dövlət orqanları anonim müraciətlərə baxmadığı üçün dediyiniz hal mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31