Mediasiya sahəsi də rəqəmsallaşdırılacaq - Özəl

Mediasiya Şurası vətəndaşların rahatlığı və əlçatanlığını təmin etmək məqsədilə mobil və rəqəmsal mediasiya quruculuğu istiqamətində iş aparır. Bununla bağlı Ədliyyə Nazirliyinin mobil tətbiqlər üzrə mütərəqqi təcrübəsi öyrənilərək tətbiq ediləcək. "Olaylar" xəbər verir ki, bu barədə məlumatı Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov verib. Bildirib ki, mediasiya işlərinin rəqəmsallaşdırılması istifadəçilər üçün rahatlıqdan əlavə statistikaların daha dəqiq aparılmasına, mediator və təşkilat arasında iş prosesinin əlverişli təşkilinə və mediatorlarının işlərinin elektron sistem üzərindən optimallaşdırılmasını təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31