Ürək tənəffüs fəaliyyəti dayanan şəxslərə ilk tibbi yardım necə göstərilir - Özəl
12 Sentyabr 2022 15:16 SosialGüclü qanaxma və ürək tənəffüs fəaliyyəti dayanan şəxslərə ilk tibbi yardım necə göstərilməlidir? "Olaylar" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Cavanşir Məhərrəmov bildirib ki, qanaxmalar damar, əzələ tamlığının pozulması nəticəsində baş verir. Tez-tez rast gəlinən travmalar nəticəsində yaranan xarici qanaxmalardır. Təhlükə isə zədələnmənin miqyası və kəskin itirilən qanın miqdarıdır. Ən qısa zamanda arterial, venoz, kapilyar, parenximatoz qanaxmalar vaxt itirilmədən göstərilən yardım isə həyati vacib amildir: "Bir çox ölkələrdə ürək-tənəffüs fəaliyyəti dayanması zamanı qəbul olunan müəyyən qaydalar var. Ürək-tənəffüs fəaliyyətinin dayandığı halda kardiopulmoner reanimasiya alqoritminə (zərərçəkənin həyati funksiyalarını bərpa etməyə yönəlmiş tədbirlər kompleksi) uyğun olaraq ilk tibbi yardım göstərmək barədə qərar qəbul edilir".