İstanbulda atışma nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi açıqlanıb - YENİLƏNİB

Dünən (11.09.2022) axşam saat 8 radələrində İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 kişi yaralanıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Baş Konsulluqdan məlumat verilib.

Yaralı həmyerlilərimizin adları:
1. Rakif Əliyev
2. Mahrec Kərimov
3. Azər Amanov
4. Qulam İbrahimov
Qeyd edək ki, yaralılar hal-hazırda Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31