Təkrar əlillik təyin olunmuş şəxsələrə 9,2 mln. manat ödənilib

Ötən ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6  ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Olaylar"a bildirilib ki, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir cari ildə 16,7 min şəxsi əhatə edib. Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 9,2 mln. manat ödənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31