Salyanda sahibkarların problemləri dinləniləcək
12 Sentyabr 2022 10:58 SosialSOCAR "Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
"OLAYLAR" quruma istinadən xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin KOBİA ilə birgə "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq.
Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. "Səyyar qəbul otağı" sentyabrın 14-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31