Yeni tədris ilində qarşıya yeni vəzifələr qoyulub - ÖZƏL

"Hər il yeni tədris ilin başlamadan əvvəl keçirilən ənənəvi təhsil konfranslarl təhsil ictimaiyyətinin, müəllimlərin qarşısına yeni-yeni vəzifələr qoyur. Məhz həmin vəzifələrdən yola çıxan təhsil işçiləri də tədris ili boyunca öz fəaliyyətlərini ona uyğun qururlar". Bu fikirləri "OLAYLAR"-a "Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva Bakı şəhər təhsil işçilərinin sentyabr konfransına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, konfransda çıxış edən elm və təhsil naziri Emin Əmirullayev 2023-2024-cü tədris ilində qarşıda duran vəzifələrdən söz açıb, eyni zamanda təhsil sahəsində hələ də mövcud olan problemləri dilə gətirib: "Bunun özü müsbət bir haldır ki, elm və təhsil naziri təhsil sahəsində müəyyən problemlərin olduğunu etiraf edir. Bu birmənalıdır ki, yalnız tərif, alqış olan yerdə heç bir halda inkişafdan söhbət gedə bilməz. Hər birimiz, cəmiyyətin hər biü üzvü ətrafımızda baş verən problemləri dilə gətirib onu itimailəşdirməlidir ki, həmin problemin aradan qaldırılması istiqamətində də zamanında addım atılsın".

İctimai Birlik sədri əmin olduğunu bildirib ki, yeni tədris ilində təhsil ictimaiyyəti, müəllimlər elm və təhsil nazirinin sentyabr konfransında dilə gətirdiyi problemlərin həlli istiqamətində daha əzmlə çalışacaq və onların aradan qaldırılmasına nail olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31