Azyaşlı qızlara qarşı təcavüzə cinayət kimi baxıram - QHT sədri-Özəl
9 Sentyabr 2022 13:24 SosialSon vaxtlar ölkəmizdə azyaşlı qızlara qarşı təcavüz, fiziki və psixi təzyiqlərin artması müşahidə olunur. Belə hallara qarşı ictimai qınağın olmasına baxmayaraq bu sahədə mövcud olan neqativ hallarının qarşısını almaq mümkün olmayıb. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Rahilə Mehdiyeva "Olaylar"a açıqlamasında qeyd edib ki, ölkəmizdə azyaşlı qızlara qarşı təcavüzə cinayət kimi baxır: "Təkcə qız uşaqlarına deyil, ümumilikdə azyaşlı uşaqlara qarşı hər hansı təzyiq göstərənlərə ən ağır cəza verilməlidir. Çünki belə hallarda uşaqlara, xüsusən də həmin qızlara onlar tərəfindən daxilən ömürlük həyat cəzası vermiş olurlar. O qızların arzuların əlindən almaq, gələcək həyat yollarının üstündən xətt çəkmək, onların cəmiyyətə qorxaq bir baxışla yaşamalarlna səbəb olması doğru deyil. Tamamilə bu halları pisləyirəm".