EkoAvrasiya işğaldan azad edilən ərazilərdə layihə həyata keçirmək istəyir - Özəl
9 Sentyabr 2022 13:09 SosialAvrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində müxtəlif layihələr həyata keçirməyi düşünür. Bu barədə məlumatı "OLAYLAR"-a EkoAvrasiya İdarə Heyətinin sədri Hikmet Eren verib. O bildirib ki, bunun üçünsə ilk növbədə azad edilən ərazilərə səfər edib mövcud durumu dəyərləndirmək lazımdır: "Yəni hansı ərazidə hansı layihəni həyata keçirmək mümkündür, yaxud daha səmərəli olar, bunu bilmək lazımdır. Təbii ki, bütün bu incələmələr aparıldıqdan sonra Azərbaycanın müvafiq orqanlarının da xeyir-duası ilə EkoAvrasiya işğaldan azad edilən ərazilərdə fərqli layihələr həyata keçirə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31