Bakı Atatürk Liseyinin 30 illiyi qeyd ediləcək- Özəl

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin Azərbaycanda fəaliyyətə başlamasının 30 illiyi qeyd ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a sözügedən təhsil ocağından verilib. Bildirilib ki, yeni tədris ilinin başlanması ərəfəsinə təsadüf edəcək yubiley tədbirində Türkiyədən də qonaqlar iştirak edəcək.

Liseydən o da bildirilib ki, yubiley tədbiri ilə bərabər həm də Bakının işğaldan azad edilməsinin də ildönümü qeyd olunacaq. 

Qeyd edək ki, Bakı Atatürk Liseyi 1992-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, mərhum Turan Yazqan tərəfindən yaradılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31