QHT sədri: Valideynlər uşaqlarını insan alveri cinayətkarlarından uzaq tutmalıdır - Tədbir

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentlyinin maliyyə yardımı ilə həyata keçirdiyi "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması" layihəni üzrə ilk tədbirini Bakı şəhərində keçirib.

Layihənin icrasına başlanması ilə əlaqədar keçirilən yığıncağın məqsədi "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin artırılması" layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar ictimaiyyətə məlumat vermək olub.

Tədbirdə təşkilatın və layihənin rəhbəri İlham Əliyev, layihənin eksperti Tural İsmayılov, sosioloq Elçin Bayramlı, jurnalist Cabir Məmmədov layihənin vacibliyi və mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbiri açan layihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyin sədri İlham Əliyev problemin aktuallığından və insan alveri cinayətlərinin yaratdığı fəalakətdən danışıb. İlham Əliyev insan alveri cinayətlərinin qarşısının alınması üçün vətəndaş həmrəyliyinə nail olunmasının vacibliyini söyləyib. Onun sözlərinə görə, gənclər xaricə gedərkən valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar.

Layihənin eksperti Tural İsmayılov gəncləri sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb: "Sosial şəbəkələr günümüzün reallığına çevrilib. Müasir, çevik ünsiyyət, rabitə vasitəsidir. Heç kim sosial şəbəkələri qadağan edə bilməz. Əksinə bu işin ziyanınadır. Sosial şəbəkələrdən sadəcə düzgün istifadə etmək lazımdır. Valideynlər xüsusi ilə diqqətli olmalı, az yaşlı uşaqları sosial şəbəkələrdən uzaq tutmalı, gənclərə isə nəzarət etməlidir".

Ziyalı Fətulla Həsənov, sosioloq Elçin Bayramlı, jurnalist Cabir Məmmədov da öz çıxışlarında insan alveri cinayətlərinə qarşı mübarizədə həmrəyliyin vacibliyini qeyd etdilər. Mövzunun daim gündəmdə saxlanmasının, mediada mütamadi olaraq maarifləndirici çıxışlar edilməsinin faydalı olacacağı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31