"Sertifikasiyadan keçən müəllimlərin maaşının artırılması rəqabət və inkişafa yönələn qərardır"
8 Sentyabr 2022 17:29 SosialOlaylar.az xəbər verir ki, sertifikasiya imtahanından uğurlu nəticə əldə edən müəllimlərin maaşının artırılması digərlərinin narahatlığına səbəb olub. Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov fikirlərini "Olaylar"la bölüşüb:
"Sertifikasiyadan keçən müəllimlərin maaşının artırılması rəqabət və inkişafa yönələn qərardır. Nazirin də bildirdiyi kimi, müəyyən yaşa çatan müəllimlərin nəticələri ürəkaçan olmayıb. 500-ə yaxın müəllim toplu şəkildə orfoqrafiya qaydalarında səhvlər buraxıb. Zəif nəticə göstərənlərin cəzalandırılmasından çox, yaxşı nəticə göstərənlərin mükafatlandırılması yolunun seçilməsi müsbət mənada rəqabəti artıracaq. Əlavə şans verilməsi də, müəllimlərə stimul verəcək. Onlar, növbəti sertifikasiya imtahanında nəticələrini yaxşılaşdıra bilərlər. Yaxşı nəticə göstərənlərin maaşının artırılması, zəiflərin öz üzərlərində işləməsinə səbəb olacaq. Bu alqışlanacaq qərardır".
Olaylar.az