Bakıda avtobusların sayı azaldılır?
8 Sentyabr 2022 17:07 SosialOlaylar.az qeyri-rəsmi mənbələrə əsasən xəbər verir ki, Bakıda avtobusların sayı azaldılıb. Sərnişinlər avtobusların yarım saatdan bir gəldiyini bildirirlər. Gec gələn avtobuslar həm də dolu vəziyyətdə olur. İnsanlar çarəni "manatlıq" adlandırdığımız taksilərdə tapır. Nəticədə paytaxtda uzun tıxaclar əmələ gəlir. Özəl taksi şirkətlərinin taksiləri tıxaca görə gəlib müştəriyə çata bilmir. Sürücülər sifarişi ləğv etməli olurlar. Ekspertlər və vətəndaşlar yaranan vəziyyətdən narahatdırlar.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31