Taksi şirkətlərinin zülmü- 11 saat iş-ÖZƏL

Olaylar.az xəbər verir ki, paytaxtda saytlardan birinə sürücü vakansiyası ilə bağlı elan yerləşdirilib. Elanda yazılan şərtlər sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Sürücülərə 11 saatlıq iş rejimi ərzində cəmi 1 saat istirahət imkanı verilir.   Maaşı 850 manat müəyyən edən şirkət, sürücülərə proqramı söndürmək imkanı belə tanımır. Ardıcıl şəkildə sifarişlər ləğv edildikdə sürücü haqqında tədbirlər görülür. Sosial şəbəkələrdə tez-tez qarşımıza "Prius" markalı avtomobillərin sürücülərinin törətdiyi qəzalar çıxır. Səbəblərdən biri də bizə aydın oldu.  Sürücülər 11 saatlıq işdə gündəlik ehtiyaclarını ödəyə bilmədiklərini bildiriblər."Yeməyə, içməyə, ailəmizlə zaman keçirməyə nə vaxtımız, nə də halımız olur.  Hər sifarişə "ok" vermək məcburiyyətindəyik" Qeyd edək ki, Azərbaycan Respublikası qanunlarına əsasən, 11 saatlıq iş rejimi sadəcə növbəli işlərə şamil edilə bilər. 

Elanı təqdim edirik:

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31