Sertifikasiyanın nəticələrinin ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir - Deputat
8 Sentyabr 2022 14:37 Sosial"Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab edirəm. Müəllimlərin sertifikasiyasını da dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm. Ancaq hesab edirəm, sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, ona görə ki, bu müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir: "İkinci şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədəuyğundur. Bu gün biz gücümüzü daha çox müəllimlərin əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə, qüsur və xəta varsa, ciddi cəza da olmalıdır".