“Anbar” sözünü yaza bilməyən müəllimlər- Günah kimdədir?- Özəl

Olaylar.az xəbər verir ki, sertifikasiya imtahanın nəticəsi gözlənilən kimi olmayıb.

Təhsil eksperti Kamran Əsədov bildirir ki," Sertifikasiya imtahanlarında yaşı 25-29 arasında olan müəllimlər 100 %, yaşı 60-dan yuxarı olan müəllimlərin isə 68 % uğur əldə ediblər. Yaşları 25-29 olan müəllimlərin orta təhsil aldıqları dövrdən testologiya vərdişlərinə yiyələnməsi, buraxılış və qəbul imtahanları dövründə test üsulu ilə imtahan edilmələri, ali məktəbdə təhsil aldıqları dövrdə onlara yeni təlim texnologiyalarının öyrədilməs onların uğurunu şərtləndirir. Bütün bunları nəzərə aldıqda, yaşla əlaqədar beyin hüceyrələrinin atrofiyaya uğraması, heç bir halda testologiya vərdişlərinə malik olmaması, bilik və bacarıqlarının heç vaxt test üsulu ilə yoxlanılmaması, ali məktəbdə təhsil aldıqları dövrdə onlara yeni təlim metodların öyrədilməməsi səbəbindən onların özlərindən azı iki dəfə cavan müəllimlərə nisbətən 20-30 faiz aşağı nəticə göstərmələri tam normal bir haldır".

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31