Doğum haqqında şəhadətnamədə doğum ayı və günü göstərilməzsə vətəndaş nə etməlidir? - Özəl

Son vaxtlar müşahidə olunan problemlərdən biri də doğum haqqında şəhadətnamədə vətəndaşın doğum ayı və gününün göstərilməməsi ilə bağlıdır. Belə ki, vətəndaşlar bu halda hansı hüququ prosedurları icra etmələri ilə bağlı çətinlik çəkirlər. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki,  "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarına əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir: "Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31