Əhaliyə 4 mlrd. 362 mln. manat sosial ödəniş ödənilib
8 Sentyabr 2022 11:29 SosialSosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib. "Olaylar" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 362 mln. manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 faiz və ya 379 mln. manat çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31