Mübariz Qurbanlı 4 rayonun sakinlərini qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 14-də Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

"OLAYLAR"-a Dövlət Komitəsindən bildirilib ki, qəbul Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.      

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31