13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası da yeniyetmə imiş - DETALLAR
7 Sentyabr 2022 15:47 Sosial13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.
Olaylar.az Lent.az-a istinadən bildirir ki, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31