8 ayda pensiya ödənişlərinə 3 mlrd. 276 mln. manat yönəldilib

2022-ci ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz (182 mln.manat) çox olmaqla 3 mlrd. 276 mln. manat vəsait yönəldilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, cari ilin əvvəlindən minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb, pensiyaların sığorta hissəsi indeksləşdirilib, pensiyaçılara maddi yardımlar ayrılıb. 1,2 mln pensiyaçını əhatə edən bu artımlar üçün illik 440 mln. manat əlavə vəsaitin ayrılması təmin edilib.

Bu ilin 8 ayında 18,6 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 66,9 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31