Ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb
7 Sentyabr 2022 13:13 SosialDövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri tərəfindən nəzarət tədbirləri keçirilib. Xidmətdən "Olaylar"a bildirilib ki, tədbir zamanı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31