"ADEX 2022"də Müdafiə Sənayesi Nazirliyinin stendi maraqla qarşılandı - FOTO
7 Sentyabr 2022 12:15 SosialBakıda "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və "Securex Caspian" 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində Müdafiə Sənayesi Nazirliyinin stendi böyük maraq oyadıb.
Olaylar.az xəbər verir ki, nazirliyin stendində ən yeni silah növləri, o cümlədən pulemyotlar, snayper silahları, müxtəli çaplı minaatanlar, döyüş sursatları, eləcə də hərbi geyimlər nümayiş etdirilir.
Sərgi ziyarətçiləri, həmçinin virtual olaraq "Kalaşnikov" avtomatından və tapançadan atış həyata keçirə bilərlər.
Məqaləyə dair fotomateriallar:






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31