Vətən müharibəsi şəhidinin atası dünyasını dəyişdi
7 Sentyabr 2022 11:19 SosialVətən müharibəsi şəhidi Aslan Əliyevin atası Elman Əliyev vəfat edib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Aslan Əliyev 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. Noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Məqaləyə dair fotomateriallar:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31