Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qız ana oldu
7 Sentyabr 2022 10:45 SosialAzərbaycanda 13 yaşlı qız ana olub. Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə məlumat verib.
O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:"Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir".K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31