Şikayət araşdırılıb
6 Sentyabr 2022 13:14 SosialXətai rayonu, Cavanşir küçəsi 36-38 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda "Abad Həyət" layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparıldığı və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 2 aşmış ağacın götürüldüyü, digər ağaclara isə aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31