Novxanıda dəniz sahilinə tullantıların atılmasının qarşısı alınıb

Binəqədi rayonu, Novxanı qəsəbəsinin dəniz sahilinə tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə təbii qrunt sularından ibarət axarda məişət tullantılarının qalaqlandığı və nəticədə suyun çirkləndiyi müəyyən edilib: "Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən axar tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Bələdiyyəyə tapşırıq verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31