Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci, ikinci mərhələlər üzrə vaksinasiya olmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 865 343, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 374 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 804, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 366 977, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 658 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31