Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 infeksiyasından ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, 9 825 nəfər vəfat edib, aktiv xəstə sayı 3 375 nəfərdir.

Ölkədə son sutka ərzində 2 001, hazırkı dövrədək isə 7 172 037 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31