Metrodan istifadə edənlərin nəzərinə - Üç stansiya bağlanacaq
5 Sentyabr 2022 16:52 SosialBənövşəyi xəttin "Xocəsən-Avtovağzal" sahəsində qatarların hərəkətinin təşkilinə dair işlər aparılır.
"Bakı metropoliteni" QSC-dən verilən məlumata görə, bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları ("Avtovağzal", "Memar Əcəmi" və "8 Noyabr") sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.
Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31