Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda iki marşrut xətti dəyişdiriləcək

Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsinin daxili yollarında aparılan abadlıq işləri ilə əlaqədar 191 və 213 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilib.

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31