Vətən müharibəsindən bəhs edən layihə həyata keçiriləcək
5 Sentyabr 2022 15:54 Sosial"Davamlı İqtisadi və Sosial Maarifləndirmə" ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəfər tariximiz" adlı layihənin icrasına başlayıb. İctimai birliyin sədri Kubra Əliyarlının "OLAYLAR"-a bildirdiyinə görə, layihənin əsas məqsədi Azərbaycan tarixinin öyrənilməsi, haqlı mövqeyimizin, xüsusilə Vətən müharibəsinin gedişi və şanlı zəfər tariximizin araşdırılması, öyrənilməsi, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qəhrəmanlığının və dövlət-ordu-xalq həmrəyliyinin təbliğ edilməsi, gənclərimizə çatdırılmasıdır. Tariximizi unutmamalıyıq və yaddaşımıza əbədi həkk etməliyik: "Layihə çərçivəsində yeniyetmə və gənclərimizin iştirakı ilə Vətən müharibəsindən və zəfər tariximizdən bəhs edən silsilə maarifləndirici tədbirlərin keçirilməsi, maarifləndirici kitabçaların nəşri, 15-18 dəqiqəlik videomüsahibədən və süjetlərdən ibarət filmin çəkilməsi, təqdim edilməsi nəzərdə tutulur".