"Nə qədər göz yumasan, görməzdən gələsən" - Əməkdar jurnalist
3 Sentyabr 2022 21:50 SosialOlaylar.az xəbər verir ki, tanınmış əməkdar jurnalist Mətanət Ağamirli "Facebook" sosial şəbəkəsindəki paylaşımı ilə diqqət çəkib.
Həmin paylaşımı təqdim edirik:
"Şikayətlənməyi, problemlərə köklənməyi heç sevmirəm, qəbul etmirəm. Amma cəmiyyət hər cür problemlə qarşımızdadır. Nə qədər göz yumasan, görməzdən gələsən(((
Bir tərəfdə kiminsə körpə qızı 4 gədə tərəfindən zorlanır, bir tərəfdə biri küçənin ortasında sevgilisini bıçaqlayır, ailələrin etibar etdiyi mərkəzlərdə uşaqlara travma yaşadılır, güc tətbiq edilir, dövlət qurumlarında çalışanların rüsvayçı videosu yayılır , qardaş qardaşın qızını öldürür, bacı bacıya xəyanət edir və s... Bir çox hallarda inkişafdan danışırıq. Arada da mənəvi, əxlaqı, psixoloji inkişafdan danışaq ağız dolusu..."