Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sentyabrın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1333 doza vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 299, ikinci doza vaksinlərin sayı 201, üç və daha çox doza vaksinlərin sayı 714, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 119-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 864 min 225, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 702, ikinci mərhələ üzrə 4 milyon 863 min 644, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 366 min 315, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 259 min 564-dür.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31