Azərbaycanda COVID-19 yoluxanların sayı açıqlandı
3 Sentyabr 2022 20:58 SosialSon sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 612 yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 815 min 47 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 min 707 nəfər müalicə olunaraq sağalıb, 9 min 822 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 518 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 25, bu günə qədər isə ümumilikdə 7 milyon 166 min 533 test icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31