VHP Qaradağ rayon təşkilatı konfransa hazırlaşır
2 Sentyabr 2022 14:28 SosialVətəndaş Həmrəyliyi Partiyası Qaradağ rayon təşkilatının Məclisinin növbəti toplantısı keçirilib. Yığıncağı təşkilat sədrinin müavini Aydın Həsənov açaraq təşkilatın fəaliyyəti, konfrans hazırlıqları barədə danışıb. Bildirib ki, konfransa hazırlıqlar davam edir. Özək təşkilatlarının ümumi yığıncaqları keçirilir, konfrans nümayəndələri müəyyənləşdirilir və işlər yekunlaşandan sonra Qaradağ rayon təşkilatı konfransının iclası keçiriləcək. VHP-dən "Olaylar"a daxil olan məlumata görə, rayon təşkilatı nəzarət-təftiş komissiyasının sədri Siyavuş Ağayev, məclis üzvlərindən Xanhüseyn Hüseynov, Salman Əhədli və digərləri çıxış edərək təşkilatın fəaliyyəti, VHP-nin 30 illik fəaliyyəti barədə danışıblar. Yığıncaqda iştirak edən VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü Saleh Salayev çıxışında ictimai-siyasi məsələlər, bölgədə və dünyada baş verən proseslər, VHP-nin fəaliyyəti, siyasi-iqtisadi məsələlərə münasibəti barədə danışıb.
Çıxış edən Məclis üzvləri bildirib ki, 26 sentyabr tarixində VHP-nin təsis edilməsindən 30 il ötür. VHP-nin hədəfi milləti birləşdirmək, ölkədə vətəndaş həmrəyliyinə nail olmaqdır. Vətəndaş Həmrəyliyi- insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi- ideoloji dəyərlərdən səmərəli dəyərlənən bir xəttdir.