Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanlarının nəticələri açıqlanıb
2 Sentyabr 2022 13:13 SosialMəktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb."OLAYLAR" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nəticələr namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.
Qeyd edək ki, avqustun 29-da 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31