KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib

Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43745 xidmət göstərilib. Bu xidmətlərin 16508-i Xaçmaz KOB evi, 27237-si isə Yevlax KOB evi tərəfindən həyata keçirilib. Göstərilən xidmətlərin 41759-u dövlət-biznes (G2B), 1986-ı isə biznes-biznes (B2B) xidmətləridir. İqtisadiyyat Nazirliyndən "Olaylar"a bildirilib ki, KOB evlərinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir. Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla 2 KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərindən vahid məkanda yararlanması, bununla da vaxta və əməliyyat xərclərinə qənaət etməsi, göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31