Xalq artisti açıq ürək əməliyyatı olundu - FOTOLAR
31 Avqust 2022 18:54 SosialXalq artisti Qurban İsmayılov açıq ürək əməliyyatı olunub.
Olaylar.az bakupost-a istinadən xəbər verir ki, əməliyyat 4 saat davam edib.
Ürək-damar cərrahı Rafiq İbrahimov bildirib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olub, hazırda vəziyyəti yaxşıdır: "Qurban müəllimi sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək".
Q. İsmayılovun rol aldığı "Ata ocağı" serialının yayımlandığı "Xəzər" Media Mərkəzinin baş direktoru Murad Dadaşov da aktyoru xəstəxanada ziyarət edib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31