Bakıda 15 yaşlı qız yoxa çıxdı
24 Avqust 2022 11:33 SosialBakıda yeniyetmə qız itkin düşüb.
Olaylar.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Mürvətova Roza Əliağa qızı avqustun 21-i saat 13 radələrində yaşadığı evdən gedib və geri qayıtmayıb.
Bu barədə onun anası A.Şahverdiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Faktla bağlı adıçəkilən bölmədə araşdırma aparılır.
Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31