İlham Məmmədzadəyə vəzifə verildi

Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"OLAYLAR" xəbər verir ki, bu vəzifə İlham Məmmədzadəyə tapşırılıb.

Məlumat üçün qeyd edək ki, İlham Məmmədzadə buna qədər "Veysəloğlu" şirkətində mətbuatla əlaqələr şöbəsində, eyni zamanda "Azadinform" saytında çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31