Komitədə könüllülük proqramına qeydiyyat başlayıb

Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişləri aşılamaq və təcrübi biliklərini artırmaq, gənclərin innovativ potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi könüllü qəbulunu davam etdirir. Komitədən "Olaylar"a bildirilib ki, könüllülər sırasına qoşulmaq istəyən gənclər 22 avqust tarixindən 01 sentyabr 2022-ci il tarixinədək scfwca.gov.az saytında "Elanlar" bölməsinə daxil olaraq "Könüllü anketi"-ni doldurub [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər. Seçimlərdə sosial iş və psixologiya fakültəsinin tələbələrinə və məzunlarına üstünlük veriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31