Cəlilabadda Neolit dörünə aid arxeoloji obyekt aşkar olundu
23 Avqust 2022 15:54 SosialCəlilabad rayonunda Neolit dörünə aid olunan arxeoloji obyekt aşkar olunub.
Arxeoloji obyekt rayonun Yaqublu kəndi ərazisində yerləşir.
Qeyd edək ki, ərazidən ilkin olaraq saxsı qablar və digər maddi mədəniyyət nümunələri aşkar edilib.
Tarixçi Elşad Əmənovun "Report"un yerli bürosuna verdiyi məlumata görə, arxeoloji obyekt Neolit dövrünə aid olması ehtimal olunur. Onun sözlərinə görə, bu ərazidə əlavə tədqiqat işlərinin aparılmasına ehtiyac var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31