Daha bir qrup qazi peşə-əmək reabilitasiyasına cəlb olunub
23 Avqust 2022 12:52 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində daha 12 nəfər Vətən müharibəsi əlili üçün peşə hazırlığı kurslarına başlanıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, onlar 3-6 aylıq kurslarda kompüter istifadəçisi, bədii oyma, aşbaz köməkçisi və xalçaçılıq üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri veriləcək və məşğulluqları təmin ediləcək. Mərkəzə qəbul olunan həmin qazilərdən bir qisminin Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün təşkil olunan peşə-yaradıcılıq dərnəklərində təcrübə kursu keçmələri də təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31