Nazirlik vətəndaş cəmiyyətlərini ictimai müzakirəyə dəvət edir

Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış "Yerin təki haqqında" və "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Lisenziyalar və icazələr haqqında", "Dövlət rüsumu haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Torpaq icarəsi haqqında"və "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihələri ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin eco.gov.az saytında yerləşdirilib. Ekologiya və Təbii sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, vətəndaş cəmiyyəti institutları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (eco.gov.az) "Elanlar" bölməsinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini 21 sentyabr 2022-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31