«Azəriqaz» İsmayıllıda vətəndaşların şikayətlərini dinləyəcək

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir. Bu dəfə "Səyyar qəbul otağ"ı İsmayıllı rayonu Heydər Əliyev Parkında təşkil olunacaq.

"OLAYLAR" İstehsalat Birliyinə istinadən xəbər verir ki, avqustun 23-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31