Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb.
Olaylar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.
Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31