Vətən müharibəsi şəhidləri qazi və hərbçi övladları üçün xeyriyyə aksiyası keçirilib - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Milli Məclisin deputatı Jalə Əhmədovanın dəstəyi və cərrah Şirin Muştaqovun təmənnasız iştirakı ilə Vətən müharibəsi şəhidlərinin, qazilərin və hərbiçilərin oğlan övladları (20 uşaq) üçün növbəti xeyriyyə aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı millət vəkili sosial şəbəkə hesabından verib. Bildirib ki, aksiya Gəncə şəhəri, VMR Estetik Klinikasında baş tutub. Başda təşkilatçılar olmaqla millət vəkili də  xeyriyyə aksiyasında iştirak edib, şəhid ailələri, qazilər və hərbiçilərin ailələrinə gözaydınlığı verib, uşaqları isə hədiyyələrlə sevindiriblər.

"Tədbirin keçirilməsi üçün öz dəstəyini əsirgəməyən VMR Klinikasının rəhbəri Vüsal Həsənova, aksiyanın təşkilatı işlərini yüksək səviyyədə yerinə yetirən Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədovaya və Bakı şəhər Mədəniyyət Baş idarəsinin Yaradıcı kollektivin rəhbəri Nərminə Qafarlıya, eləcə də xeyriyyə aksiyasında təmənnasız olaraq iştirak edən cərrah Şirin Muştaqova  xüsusi minnətdarlığımı ifadə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31